SƏNAYE

On bir ayda süni mayalanma yolu ilə bu qədər baş buzov alınıb
25 DEKABR 2018
128

On bir ayda süni mayalanma yolu ilə bu qədər baş buzov alınıb

2018-12-25 17:32:00

Saatlıda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni təsərrüfatlar yaradılır ki, bu da öz növbəsində, ət və süd istehsalının, mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalama məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə olunmasına marağı daha da artırıb. Fins.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda Saatlıda 9 süni mayalama məntəqəsi fəaliyyət göstərir və bu ilin on bir ayında mütəxəssislər tərəfindən mayalanma aparılmış 4350 baş inək və düyədən 3315 baş buzov alınıb. “Dədə Qorqud” kənd heyvandarlıq təsərrüfatının rəhbəri Rövşən Mürsəlovun sözlərinə görə, süni mayalama yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü 3-4 dəfə çox olur.

Qeyd edək ki, hazırda Saatlının heyvandarlıq təsərrüfatlarında 65 min başdan çox iribuynuzlu mal-qara saxlanılır. Bunların da əksəriyyəti süni mayalama yol ilə cins tərkibi dəyişdirilmiş heyvanlardır.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256