SƏNAYE

Sabirabadlı fermerlər indiyədək 15 min hektardan çox sahədə taxıl səpini aparıblar
30 NOYABR
64

Sabirabadlı fermerlər indiyədək 15 min hektardan çox sahədə taxıl səpini aparıblar

2018-11-30 09:18:00

Sabirabadda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda məhsul istehsalı ildən-ilə artır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC–ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı taxılçılar ötən ilin payızında 24 min 645 hektar sahədə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 38 min 401, buğda zəmilərindən isə 57 min 319 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən ümumilikdə 95 min 710 ton taxıl əldə edərək, məhsuldarlığı hər hektardan 40,9 sentnerə çatdırıblar.

Əldə olunan nəticələri növbəti təsərrüfat ilində daha da artırmaq üçün fermer və torpaq mülkiyyətçiləri səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazimi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 15 min 527 hektar sahədə səpin aparıblar ki, bunun da 7 min 18 hektarı buğda, 8 min 509 hektarı isə arpadır. Sahibkarlar səpin zamanı daha çox məhsuldar toxum sortlarına üstünlük verirlər. Gün ərzində 200-250 hektar sahəyə toxum səpən əkinçilər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256