SƏNAYE

Masallıda Dövlət Aqrar İnkişaf Mərkəzinin açılışı olub
27 NOYABR
121

Masallıda Dövlət Aqrar İnkişaf Mərkəzinin açılışı olub

2018-11-27 11:29:00

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) açılışı olub.

Fins.az xəbər verir ki, açılış mərasimində nazir İnam Kərimov da iştirak edib.

O bildirib ki, rəhbərlik etdiyi qurumun məqsədi bütün aqrar xidmətlərin vahid mərkəzdən göstərilməsidir.

“Mərkəzdə 68 xidmət təqdim olunur. Əsas məqsəd şüarımıza uyğun olaraq fermerlərin yanında olmaqdır”, - deyə nazir qeyd edib.

İ.Kərimov həmçinin əlavə edib ki, yaxın 3 il ərzində 10 minə yaxın könüllünün aqrar sektora cəlb edilməsi, bununla bağlı ayrıca proqramın həyata keçirilməsi nəzərdə tutulub.

“Hər bir DAİM-də könüllülər fəaliyyətə başlayıb. Onların məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır”, - deyə o, əlavə edib. 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255