SƏNAYE

Azərbaycanın ət məhsulları müəssisəsi ləğv edilir
27 NOYABR
698

Azərbaycanın ət məhsulları müəssisəsi ləğv edilir

2018-11-27 09:22:00

28 dekabr 2018-ci il tarixində “Səba” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Fins.az ASC-nin elanına istinadən xəbər verir ki, gündəlikdəki məsələlərə - “Səba” ASC-nin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi və aktivlərinin “Səba” ASC-nin balansına qəbul olunması barədə və digər məsələlər daxildir.

"SƏBA" ticarət nişanı "SƏBA” ASC, "Biləsuvar Aqro" MMC və "Qarabağ Taxıl" MMC  və “ Dəvəçi Broyler Dərin Emal” MMC şirkətlərini birləşdirir.

2010-ci ilin noyabrında fəaliyyətə başlayan “Dəvəçi Broyler Dərin Emal” MMC “ SƏBA ” ASC tərəfindən istehsal olunan toyuq ətinin dərin emalı nəticəsində hazırlanan yarımfabrikat məhsullarını istehlakçılara çatdırmaq məqsədi ilə yaradılmışdır.

“Dəvəçi Broyler Dərin Emal” şikrəti quş əti məhsullarını müasir avadanlıqlardadərin emal edərək yarımfabrikatları (toyuq nagetləri, kotletlər, kabablar, sosislər, farş və sair) satışa təqdim edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256