SƏNAYE

“Mətanət A” Şirkət Qurban Bayramında uşaqları sevindirdi
21 AVQUST
635

“Mətanət A” Şirkət Qurban Bayramında uşaqları sevindirdi

2018-08-21 15:11:00

İslamın iki əsas bayramından biri olan Qurban Byramının fəlsəfəsində verilən vədə sadiqlik, dürüstlüyün mükafat, insana verilən dəyər, sosial statusundan asılı olmayaraq bir gün də olsun hər kəsin bərabərliyi durur.

Bayramın tələblərinin icrası isə hər il yüzlərlə, minlərlə insana yaşadılan sevinc, bu sevincin qarşılığında qazanılan savab deməkdir. Bu savabdan bu bayramda “Mətanət A” şirkətnə də pay düşüb. Hər zaman korporatv sosial məsuliyyət layihələrinə böyük önəm verən “Mətanət A” şirkət Abşeron Rayon Qızıl Aypara Cəmiyyət ilə birgə imkansız ailələr və Qarabağ köçkünü olan ailələrin uşaqlarına yardım edib. Yardım paketnə məktəb ləvazimatları və qurban payı daxildir.

Hədiyyələr yeni dərs ilinin başlanmasını gözləyən məktəblilər üçün sürpriz olub. Ənənəsinə sadiq qalan “Mətanət A” şirkət bundan sonra da bu cür xeyriyyə aksiyyalarını davam etdirmək niyyətndədir.

Bayramınız mübarək!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249