SƏNAYE

292,1 milyon manatlıq tikinti materialı istehsal edilib
30 İYUL
157

292,1 milyon manatlıq tikinti materialı istehsal edilib

2018-07-30 10:38:00

2018-ci ilin birinci yarısında tikinti materialları sahəsində istehsal edilmiş məhsulun ümumi dəyəri 34,0 faiz artaraq 292,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hörmə üçün hazır beton qarışığının istehsalı 2,0 dəfə, tikinti əhənginin istehsalı 31,9 faiz, sementin istehsalı 25,0 faiz artıb.

Həmçinin tikinti kərpicinin istehsalı 9,0 faiz, tikinti gipsinin istehsalı 52,0 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 60,2 faiz azalıb.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256