SƏNAYE

Aqrar sahədə də Könüllülər Hərəkatı yaradıldı
23 İYUL
271

Aqrar sahədə də Könüllülər Hərəkatı yaradıldı

2018-07-23 15:57:00

Azərbaycanda Aqrar İnkişaf Könüllüləri Hərəkatı yaradılır. Hərəkatın yaradılmasında məqsəd aqrar sektorun inkişafına ictimai dəstək vermək, vətəndaşların və fermerlərin aqrar sahədəki problemlərini müəyyənləşdirmək, həll yollarını tapmaq, innovativ texnologiyaların tətbiqinə nail olmaq, gənc mütəxəssislərin aqrar sahəyə dair kreativ ideyalarını reallaşdırmaq, cəmiyyətin diqqətini aqrar sahəyə yönəltməkdir. 

Hərəkat bir qrup gəncin təşəbbüsü ilə yaradılıb. Hərəkatın təşəbbüskarlarından Fidan Alıyeva, Rübabə Yusifova, Zöhrə Məmmədova, Sarvan Cəbrayılzadə,  Atilla-Turan Bayramov, Etibar Muradlı və Valeh Əsədov ölkənin ali təhsil ocaqlarının tələbələrini və müxtəlif sahələrdə fəaliyyət göstərən gəncləri könüllülər hərəkatına cəlb etmək məqsədilə təqdimatlar keçirəcək.

Qeyd edək ki, təqdimat kampaniyası sentyabrın əvvəllərindən başlayacaq.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257