SƏNAYE

Nazirliyin yaratdığı imtahan məntəqələri nə iş görəcək?
23 İYUL
83

Nazirliyin yaratdığı imtahan məntəqələri nə iş görəcək?

2018-07-23 09:53:00

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 17 regionda traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahan-qeydiyyat məntəqələri yaradılıb. Məntəqələr sürücü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi, verilməsi, dövlət qeydiyyatından yayınmış texnikaların qeydiyyata alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi proseslərini həyata keçirir. İndiyə kimi 6 mindən çox mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri dəyişdirilib, 120 nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 300-ə yaxın nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, 110 nəfərdən çox vətəndaşlardan nəzəri imtahan qəbul edilib.
Mexanizatorlara səyyar xidmətin göstərilməsini Şamaxıda səfərdə olan kənd təsərrüfatı naziri İnam Kərimov da izləyib.

“Aqrobiznes”

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254