SƏNAYE

İki nəhəng neft emalı şirkəti birləşəcək
11 İYUL
128

İki nəhəng neft emalı şirkəti birləşəcək

2018-07-11 10:04:00

Yaponiyanın iki nəhəng neft emalı şirkəti “Idemitsu Kosan” və “Showa Shell Sekiyu” birləşmə barədə razılığa gəliblər. İki şirkət arasında üç ildən çoxdur davam edən danışıqlar, nəhayət, müsbət nəticə verib və onlar gələn ilin aprelində birləşmək qərarına gəliblər. Danışıqların uzanmasına səbəb kimi “Idemitsu” şirkətinin əsasını qoymuş ailənin bu birləşməyə qarşı olması göstərilir. Əldə edilən razılaşmaya görə, “Showa Shell” şirkəti səhmlərin mübadiləsi müqabilində “Idemitsu” şirkətinin filialına çevriləcək.

Xatırladaq ki, həmin şirkətlər ilk dəfə 2015-ci ildə birləşmək niyyətində olduqlarını bildirmişdilər. Lakin həmin vaxt səhmlərin əksəriyyətinə malik olan İdemitsu ailəsi bu addımın qarşısını almışdı.

Eləcə də bax: Azərbaycanda bu məhsulu əkənlər günbəgün artır - SƏBƏB?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258