SƏNAYE

Pambıq tarlasında zəhərli gübrədən niyə istifadə olunur?
21 İYUN
181

Pambıq tarlasında zəhərli gübrədən niyə istifadə olunur?

2018-06-21 11:45:00
Bir sıra rayonlarda pambıq sahələrndə zəhərlənmə halları bəzi məqamları daha aktuallaşdırdı. Bunu iqtisadçı Vüqar Bayramov yazıb. O bildirib ki, pambıq sahələrində niyə zəhərli gübrələrdən istifadə edilməsinin, həmin dərmanların ölkəyə necə idxal olunmasının və ən əsası bunu kimlərinin etdiyinin araşdırılmasına ehtiyac var. “Bu, sadəcə hüquqi məsələ deyil, həmçinin belə hallar gələcəkdə ənənəvi aqrar məhsulların istehsalına marağı azalda bilər. 
Digər tərəfdən, aqrar sektorda intensiv metodlardan istifadə edilməsinə vacibdir. Hazırda dünyanın, demək olar, heç bir ölkəsində pambıqçılıqda əl əməyindən istifadə edilmir. Ən azı ona görə ki, bu halda pambığın maya dəyəri daha yüksək olur və bazarda rəqabət aparmaq imkaları məhdudlaşır. 
Bizdə də pambıq yığımının texnolojiləşməsinə ehtiyac var. Bu baxımdan, ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi dəfələrlə gündəmə gətirdiyimiz innovativ istehsal strategiyası, elektron ixrac xəritəsi kimi müasir yanaşmalardan istifadə edəcək. Ən əsası, aqrar lizinq xidmətlərində şəffaflığın gücləndirilməsinə ehtiyac var ki, fermerlərin texnikaya çıxış imkanları genişlənsin. Güman edirik ki, son faktlar kənd təsərrüfatında idarəetmənin tamamilə yeniləşməsi üçün də bir əsas olacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249