SƏNAYE

Taxılı olan gətirsin...
11 İYUN
578

Taxılı olan gətirsin...

2018-06-11 09:42:00

Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu iyun ayının 7-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 manat olmaqla aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək.
Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər:
I. Dənin naturası (bir litrlik purkalarda qramla):
buğda üçün - 750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə):
buğda üçün - 2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə):
buğda üçün - 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün:
13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq : 3-cü sinif buğda üçün - 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)
VI.  Şüşəvarilik:
3-cü sinif buğda üçün - 40% -dən az olmamaqla
VII.  İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir 
VIII.  Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir
IX.  Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir
X.  Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir.
Bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (09:00-dan 18:00-a kimi):
“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
“Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu,  Səngəçal qəsəbəsi, Bakı-Səlyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06;
“Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, tel:  012-342-90-04; 050-352-50-01;
“Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;                                        
“Karat-Holdinq”: Xırdalan şəhəri, Şamaxı şossesi-23, tel.: 050-222-38-36;
“Karmen”  MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23, tel.: 050-223-18-93;                       
“Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel.: 050-265-80-75;
“N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-00-44; 050-214-72-81;
“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel: 0-50-200-11-87;  
“Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel: 0-50-220-30-27;
“EL-Babatürk” MMC: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel.: 012-346-08-08, 055-271-73-73;
“Pak-Nur” firması: Xaçmaz şəhəri, tel: 050-590-18-36;
“Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
“Rəşad” firması: Bərdə şəhəri, tel: 050-215-99-00;
“Svinks” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;
“Azəri-Arapoğlu” US, T.Ltd BM: Gəncə şəhəri, tel: 050-222-65-22;
”Səma” FF: Bakı şəhəri, tel: 050-311-52-51;
“Avropa” firması: Bakı şəhəri, tel: 050-255-48-88;
“Sarı sünbül” firması: Giləzi, tel: 050-212-29-66;
“Aqrobiznes”

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Eləcə də bax: “Azərişıq” daha bir yenilik etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269