SƏNAYE

Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Konfransı keçirilir
30 MAY
140

Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Konfransı keçirilir

2018-05-30 09:24:00

Bu gün Bakıda 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransı başlayıb. Konfrans iki gün davam edəcək. Tədbirdə “Neft və qaz sənayesində qlobal və iqtisadi perspektivlər-neftin qiyməti və böhran şəraitində mövcud olan imkanlar”, “Son 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz əməliyyatları: keçmişi, bu günü və gələcəyi. Azərbaycan neft və qaz sənayesi üçün yeni impuls”, “Neft və qaz layihələrinin maliyyələşdirilməsi və yatırılan investisiyalar müqabilində xalis gəlirin təmin edilməsi- iddialar və imkanlar”, “Yerli geoloji kəşfiyyatda əldə olunan yeniliklər, perspektivlər”, “Hasilatda olan yeniliklər”, “Energetika təhlükəsizliyi”, “Neft qaz elmində olan yeniliklər, beynəlxalq əməkdaşlıq”, “Xəzəryanı layihələr üzrə yeni imkanlar”, “Xəzər regionu üzrə Azərbaycanın güclü tərəfləri: dəmir yolu, dəniz nəqliyyati və magistral boru kəməri”, “Ekoloji və sənaye təhlükəsizliyi sahəsində qabaqcıl texnologiyalar. Konkret faktların təhlili”, “Neft emalı və neft-kimya sənayesinin perspektivləri. Cari vəziyyət və gələcək perspektivlər”, “Neft emalı və neft-kimya sənayesi üçün texniki xidmət əməliyyatlarinin əhəmiyyəti. Konkret faktların təhlili”, “İnqilabi dəyişikliklər. İnnovativ rəqəmsal texnologiyaların sənayeyə olan təsiri” mövzularında müzakirə aparılacaq.

Eləcə də bax: Çin şirkəti Hövsanda aqropark layihəsinə 140 milyon dollar xərcləyəcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254