SƏNAYE

“Lisenziyalar və icazələr” portalı vasitəsilə artıq 110 elektron lisenziya verilib
18 MAY
175

“Lisenziyalar və icazələr” portalı vasitəsilə artıq 110 elektron lisenziya verilib

2018-05-18 12:45:00

İqtisadiyyat Nazirliyi tərəfindən “Lisenziyalar və icazələr” portalı vasitəsilə sahibkarlara 110 elektron lisenziya verilib. Fins.az xəbər verir ki, onlardan 81-i yeni verilmiş, 29-u isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır. Lisenziyalar əsasən, özəl tibb, əczaçılıq, layihələndirmə və tikinti-quraşdırma işləri, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, rabitə xidmətləri və s. sahələri əhatə edir.

Qeyd edək ki, dövlət başçısının “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 21 yanvar 2017-ci il tarixli Fərmanının icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Lisenziyalar və icazələr” portalı yaradılıb və bu ilin mart ayından fəaliyyətə başlayıb.

Lisenziyaların və icazələrin vahid platforma üzərindən elektron qaydada verilməsi sahibkarlığın inkişafının sürətləndirilməsində növbəti stimullaşdırıcı addımdır.

Eləcə də bax: Bizdə havayı, Avropada kiloqramı 2000 avroya olan MƏHSUL

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254