SƏNAYE

Astarada çəltik əkininə başlanılıb
10 MAY
166

Astarada çəltik əkininə başlanılıb

2018-05-10 10:13:00

Bir neçə gündür Astara rayonunda çəltik əkininə başlanılıb. Ənənəvi kənd təsərrüfatı sahələrindən olan çəltikçilik Astarada qədim zamanlardan geniş yayılıb. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.

Ölkəmizdə aqrar bölmədə çalışan məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin Astarada inkişafı üçün geniş imkanlar yaradıb.

Ötən il rayonda 447,5 hektar sahədə çəltik əkildiyi halda, bu il bu rəqəmin 500 hektara, gələcəkdə isə 1000 hektara çatdırılması nəzərdə tutulub. Rayonda çəltikçilik əsasən Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos, Şiyəkəran kəndlərində inkişaf etdirilir.

Çəltikçilik çox gəlirli sahədir. Hər hektardan 50-60 sentner məhsul götürməklə düyü maya dəyərindən 10-15 dəfə bahasına satılır.

Bazarlarda yerli düyünün qiyməti 5-7 manat arasındadır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat böyükdür.

Ölkə bazarlarında Astara düyüsünə tələbat yüksək olduğundan məhsul istehsalçıları çəltik əkininə daha çox üstünlük verirlər.

Artıq xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərdən də Astara düyüsünün sifarişçiləri var. Onlar sərfəli şərtlərlə iş adamlarına indidən müqavilələr təklif edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257