SƏNAYE

Azərbaycan bu il fındıq ixracını 10% artıracaq
03 MAY
218

Azərbaycan bu il fındıq ixracını 10% artıracaq

2018-05-03 16:21:00

"Azərbaycanın fındıq ixracı üçün əsas hədəfi yenə də İtaliya bazarıdır".  Bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib. "Hazırda bütün fabriklərdə fındıq satışına hazırlıq görülür. Satışın sentyabrda başlaması nəzərdə tutulur. Ötən il ən çox İtaliyaya fındıq ixrac etmişik. Bu il də əsas hədəfimiz İtaliyadır", - deyə o qeyd edib.  Assosiasiya sədrinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanın fındıq ixracının həcmi 20 842 ton təşkil edib. 2018-ci ildə bu rəqəm 10% çox olacaq: "Əməkdaşlıq etdiyim şirkətləri fındıqla təmin edirik. Hazırda digər potensial namizədlərlə danışıqlarımız gedir. Dünya bazarının 70%-ni fındıqla Türkiyə təmin edir. Onlardan sonra biz təklif verə bilirik. Fındıq, adətən, avqustun 15-dən sonra yığılır. Bizim təxminimizə görə bu il məhsul yaxşı olmalıdır. Sadəcə, Gürcüstanda zərəvericilər yayılıb. Onların bizə gəlmək ehtimalı böyükdür. Məsələni diqqətdə saxlayırıq. Bütün həmsərhəd kəndlərdə monitorinqlər keçiririk. Gürcüstan ötən il məhsulunun 60%-ni buna görə itirib". (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256