SƏNAYE

Fermerlərdən yenilik: Binaların zirzəmilərində tərəvəz yetişdirilir - FOTOLAR
30 APREL
274

Fermerlərdən yenilik: Binaların zirzəmilərində tərəvəz yetişdirilir - FOTOLAR

2018-04-30 11:35:00

Bir neçə il öncə Londonlu biznesmenlər Growing Underground adlı startup layihəsi hazırlayıblar. Onlar 2-ci dünya müharibəsindən qalan bomba sığınacağını göyərti yetişdirmək üçün istifadə etmək qərarına gəlirlər. Bu gün Growing Underground şəhərdə restoran və sendviç-barlara 20-dən yuxarı tərəvəz növü çatdırır. Fermada gündə 60 kq məhsul istehsal olunur.

Startup yerli icra orqanları tərəfindən də dəstəklənir. Londonun keçmiş meri düşünür ki, bu cür layihələr şəhəri dünyanın ən innovativ mərkəzlərindən birinə çevirəcək.

Yeraltı fermanın bütün parametrləri-tempratur, nəm, işıqlandırma sensorlarla nəzarətdə saxlanılır və informasiya Kembric universitetinin mühəndis bölməsinə ötürülür. Orda isə bu informasiya bitkilərin böyümə dinamikası ilə birlikdə təhlil edilir və əkinin yetişdirilməsi üçün ən optimal rejim təyin edilir.

Artıq alimlər keşnişin böyümə dövrünü 21 gündən 14 günə azalda bilib. Testlər göstərir ki, kök və turp da eyni üsulla yetişdirilə bilər.

Londonluların biznes ideyasına bənzər bir layihə də İsveçli fermerlər tərəfindən hündürmərtəbəli binanın zirzəmisində həyata keçirilmişdir. Plantagon adlı layihə əvvəllər yerli qəzetlərdən birinin arxivi olmuş zirzəmidə müxtəlif bostan məhsulları yetişdirməkdən ibarətdir. Amma burda maraqlı bir nüans var: fermerlər zirzəminin icarəsini binanı qış vaxtı istiliklə təmin edərək ödəyir. İsveç kimi soyuq yer üçün əlbətdə bu sərfəli təklifdir. Zirzəmidəki lampalar qızır və bu istilik bitkilərə zərər verməmək üçün ordan çıxarılmalıdır. Bax bu istilik elə binanın isitmə sisteminə ötürülür.  Burda əkilən məhsulun üçdə birini elə binadakı restoranlar alır. Şirkət qarşıdakı 3 ildə daha 10 bina altı zirzəmi biznesi qurmağı planlayır.

Bu cür layihələrin bir üstünlüyü də şəhər yerində insanları təzə və təbii məhsullarla təmin edə bilməsidir.

Zirzəmiyə gün işığı düşmədiyi üçün fermanı Led lampalarla qızdırmaq lazımdır. Bu isə yüksək elektrik xərci deməkdir. Düzdür son vaxtlar sırf bu məqsəd üçün Valoya, Philips kimi şirkətlər tərəfindən xüsusi led lampalar istehsal edilir. Bu lampalar qızır və yanğın təhlükəsi yaranır. Qapalı zirzəmidə yüksək nəm daim nəzarətdə saxlanmalıdır. (agroexpert.az)

Eləcə də bax: Türkiyəli fermerin qeyri-adi becərmə üsulu yüksək gəlir əldə etməyə imkan verir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276