SƏNAYE

Astarada 1300 hektar sahədə kartof əkiləcək
25 APREL
202

Astarada 1300 hektar sahədə kartof əkiləcək

2018-04-25 12:35:00

Astara rayonunda ənənəvi təsərrüfat sahələrindən biri də kartofçuluqdur. Son illər rayonda bu gəlirli sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində kartof əkilən sahələr xeyli genişləndirilib. Rayon Statistika İdarəsindən bildiriblər ki, ötən il əkilən 1254 hektar sahədən 10 min tona yaxın məhsul istehsal olunub. Bu il isə kartof əkin sahələri genişləndirilərək 1300 hektara çatdırılacaq.

Mart ayından başlayaraq açıq sahədə keçirilən əkin kampanıyası əksər təsərrüfatlarda başa çatıb. Rayonun dağlıq ərazisində yerləşən təsərrüfatlarda isə kartof əkini aprelin sonunadək yekunlaşacaq.

Parnik təsərrüfatlarında yetişdirilən kartof məhsulu isə artıq bazarlarda satışa çıxarılıb.

Rayonda kartofçuluqla məşğul olan fermerlər bu il hər hektardan 20-25 ton məhsul götürəcəklərini proqnozlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256