SƏNAYE

Cəlilabadlı fermerlər sarımsaq və çiyələyi eyni cərgədə əkir
17 APREL
499

Cəlilabadlı fermerlər sarımsaq və çiyələyi eyni cərgədə əkir

2018-04-17 11:19:00

Son illərdə Cəlilabad rayonunda çiyələk əkib-becərməyə maraq xeyli artıb. Çünki, alıcılıq qabiliyyətli çox yüksəkdir, həmçinin 1 il əkilən şitildən 3 il ardıcılı məhsul götürmək olur. Hazırda rayonda 500 hektardan çox sahədə çiyələk əkilir. Artıq ölkəmizdə çiyələyə tələbat yerli istehsal ödənilir ki, bunda da Cəlilabadlı fermerlərin böyük payı var.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Çiyələk əkinin daha bir üstünlüyü də var. Çiyələklə sarımsaq eyni sahədə, hətta eyni cərgədə əkilib. Bununla da fermerlər cərgələr arası boş qalan yerlərdən səmərəli və itkisiz istifadə edirlər. İndi həm çiyələk, həm də sarımsaq sahələrində becərmə işləri paralel davam edir.

May ayının əvvələrində məhsul yığımına başlanılacaq. Fermerlər hər hektar sahədən 30 ton çiyələk, 25-30 ton da sarımsaq yığmağı planlaşdırır. Çiyələk əsasən birbaşa sahələrdə, bir hissəsi Bakı bazarlarında satılır. Sarımsaq isə, dünyada “Made in Azerbaijan” brendi ilə məşhurdur və xarici bazarlara ixrac edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268