SƏNAYE

ADNSU "SOCAR Polimer"in məhsullarından tədrisdə istifadə etmək istəyir
16 MART
126

ADNSU "SOCAR Polimer"in məhsullarından tədrisdə istifadə etmək istəyir

2018-03-16 11:53:00

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - "SOCAR Polymer" MMC-nin istehsal etdiyi məhsullardan tədrisdə istifadə etmək niyyətindədir. 

"Report" xəbər verir ki, bu barədə universitetin rektoru Mustafa Babanlı "İnnovasiya Klasterlərinin yaradılmasında dövlət-özəl tərəfdaşlığı: Mövcud aktivlər və yerli xammaldan səmərəli istifadə" mövzusunda keçirilən tədbirdə bildirib. 

"Universitetin daxili imkanları çərçivəsində alimlərimiz arasında qrant müsabiqəsi elan etməyi düşünürük. Hər biri 50 min manatlıq 7 qrant olacaq. Bunun 51%-i əmək haqqına, 9%-i isə kənar təşkilatlardan sifarişlərə xərclənə bilər", - deyə o, qeyd edib. 

"Universitet olaraq "SOCAR Polymer"in hazırladığı yarımfabrikatlarsan istifadə edərək "Start-up"lar yarada bilərik. Yəni tələbələrmiz universiteti təkcə diplomla deyil, bizneslə tərk etsin", - deyə M.Babanlı əlavə edib. 

Mənbə: Report.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276