SƏNAYE

“Metak”ın 17 mln. manatlıq layihəsi 140 nəfəri işlə təmin edib
14 MART
631

“Metak”ın 17 mln. manatlıq layihəsi 140 nəfəri işlə təmin edib

2018-03-14 17:13:00

Balaxanı Sənaye Parkının rezidentlərindən biri olan “METAK” MMC tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı ilə də məşğul olur. Fins.az xəbər verir ki, ümumi investisiya dəyəri 17 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan 1,2 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Müəssisədə Avropa, Türkiyə və Çindən alınmış istehsal xətləri quraşdırılıb. Zavodun illik istehsal gücü 12 min tondur. İstehsal sahəsində 140-dan çox daimi iş yeri açılıb.

Eləcə də bax: Azərbaycanda plastik butulkalar təkrar emal edilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256