SƏNAYE

70-ə yaxın qadın sahibkarın müxtəlif əl işləri nümayiş edilib
07 MART
139

70-ə yaxın qadın sahibkarın müxtəlif əl işləri nümayiş edilib

2018-03-07 15:57:00
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisi təşkil edilib.
Palatadan bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək olmaq, qadın əl işlərini tanıtmaq və təşviq etməkdən ibarətdir. Sərgidə 70-ə yaxın qadın sahibkarın müxtəlif əl işləri - suvenirlər, zərgərlik əşyaları, rəsm əsərləri, toxuculuq nümunələri, oyuncaqlar, məişət əşyaları və s. nümayiş edilib və onların satışı həyata keçirilib.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzv şirkətlərindən, onun əməkdaşlıq etdiyi qurumlardan nümayəndələr, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları sərgidə iştirak edib, nümayiş olunan əl işləri ilə yaxından tanış olublar.

Eləcə də bax: Azərbaycanda sterilizasiya qurğusu istismara veriləcək

Təmizlik Xidmətinə 50% ENDİRİM!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272