SƏNAYE

Tərtərin Xoruzlu kəndində meyvə bağları salınır
06 MART
136

Tərtərin Xoruzlu kəndində meyvə bağları salınır

2018-03-06 11:00:00
Tərtər rayonunun Xoruzlu kəndində intensiv meyvə bağları salınır. Fins.az xəbər verir ki, bağçılıq təsərrüfatında müasir texnologiyalar əsasında məhsuldar meyvə tingləri əkilir, damcı suvarma sistemi qurulur. Bağların salınmasında İspaniyadan və Hollandiyadan dəvət olunmuş mütəxxəssislərdən məsləhət alınır.
Rayonun 5 illik iqlim şəraiti nəzərdən keçirilib. Araşdırmalar nəticəsində Tərtər rayonunda intensiv bağçılığın inkişaf etdirilməsi üçün məhsuldar torpaqların olması qənaətinə gəlinib. Bu bağların salınması əhalinin ekoloji təmiz məhsullarla təmin olunmasına öz töhvəsini verəcək. Təsərrüfatda 30 nəfər daimi, 150 nəfər isə mövsümü işlərə cəlb olunacaq.

Eləcə də bax: Azərbaycanda bu məhsuldan köynək istehsal ediləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267