SƏNAYE

İsmayıllıda 423 hektar sahədə yeni fındıq bağları salınıb
10 YANVAR
550

İsmayıllıda 423 hektar sahədə yeni fındıq bağları salınıb

2018-01-10 16:21:00

İsmayıllı rayonunda 2017-ci ilin payızında 423,2 hektar sahədə yeni fındıq bağları salınıb.

Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, ölkəmizdə aqrar sektorda aparılan islahatlar, Prezident İlham Əliyevin ixracyönümlü məhsulların istehsalı ilə əlaqədar tapşırıqları İsmayıllıda yerli şərait üçün əlverişli olan fındıqçılığın inkişafına güclü təkan verib. Keçən ilin yaz aylarında rayonda 601,2 hektarda yeni fındıq bağları salınmışdı. Artıq 2017-ci ildə payızlıq əkinlə birgə təzə bağların sahəsi 1024,4 hektara çatdırılıb. Yeni bağlar, əsasən Qalacıq, Qalınçaq, Talıstan, Kürdmaşı, Topçu, Cülyan, Tircan ərazilərində salınıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258