SƏNAYE

Ötən il “Azərtütün”ün emal məntəqərində istehsal edilən – TÜTÜNÜN HƏCMİ
09 YANVAR
205

Ötən il “Azərtütün”ün emal məntəqərində istehsal edilən – TÜTÜNÜN HƏCMİ

2018-01-09 14:26:00

Ötən il “Azərtütün” MMC-nin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələri bölgənin fermer təsərrüfatlarından 16 min 38 ton “Virciniya” növlü yaşıl tütün kütləsi qəbul edib. Mövsüm ərzində bu məntəqələrdə, ümumilikdə, 2 min 200 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 900 ton artıb.

Bu barədə “Azərtütün” MMC-nin sədr müavini Mübariz Qədimov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, mövsüm ərzində Zaqatala məntəqəsinə 4 min 630 ton, Qax məntəqəsinə 5 min 428 ton, Şəki məntəqəsinə isə 5 min 980 ton yaşıl tütün kütləsi daxil olub. Balakən və Oğuz rayonlarının fermerləri də yetişdirdikləri “Virciniya” növlü ətirli tütünü bu məntəqələrə təhvil veriblər.

Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün cəmiyyətin Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün emalı zavoduna göndərilib. İndiyədək zavodda 1100 ton quru tütün emal prosesindən keçib və hazırda bu iş davam etdirilir. İstehsal olunan xammal satış üçün əsasən, Rusiya, Belarus və Gürcüstan bazarlarına göndərilir.

Cəmiyyətin rəsmisinin məlumatına görə, 2017-ci ildə şimal-qərb bölgəsi rayonlarında ümumilikdə 2 min hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib. Cari ildə isə əkin sahələrinin 2400 hektara çatdırılması nəzərdə tutulur.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276