SƏNAYE

Zaqatalada ət, süd, yumurta və yun istehsalı artıb
09 YANVAR
117

Zaqatalada ət, süd, yumurta və yun istehsalı artıb

2018-01-09 10:38:00

Cins maldarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ildə Zaqatala rayonunda heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, ötən il rayonda diri çəkidə ət istehsalı əvvəlki illə müqayisədə 124 ton artaraq 9268 ton olub. Rayonun şəxsi və fermer təsərrüfatlarında 43 min 494 ton, yəni, əvvəlki ildəkindən 126 ton çox süd istehsal olunub. Ötən il rayonda yumurta istehsalı əvvəlki illə müqayisədə 259 min ədəd artaraq 21 milyon 640 min ədəd olub. Yun istehsalı isə 2 ton artıb.

Rayonun Yeni Suvagil kəndində fəaliyyət göstərən sahibkar Razaq Rəsulova məxsus qoyunçuluq təsərrüfatı da ötən ili uğurlu göstəricilərlə başa vurub.

Sahibkar deyib ki, hazırda təsərrüfatda 1100 baş qoyun-keçi var. Ötən il alıcılara 500 başdan çox xırdabuynuzlu heyvan satmağa müvəffəq olub. Bundan əlavə, 2017-ci ildə təsərrüfatda 2,5 ton pendir, həmçinin 2 tona yaxın yun istehsal olunub. Keçən il gəlirlərinin xeyli artdığını vurğulayan sahibkar aqrar sahənin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

© Azərtac

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300