SƏNAYE

Ölkə üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çox pambıq tədarük olunub
26 DEKABR 2017
371

Ölkə üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çox pambıq tədarük olunub

2017-12-26 17:38:00

Dekabrın 26-dək ölkə üzrə 205 min 908 ton pambıq tədarük olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Ötən il dekabrın 26-dək qəbul məntəqələrinə 87 min 237 ton pambıq təhvil verilmişdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənir.

Fins.az pambıq tədarükünə dair dekabrın 26-na olan operativ məlumatı təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258