SƏNAYE

“STAR”da yerüstü boruların 87%-i montaj olunub
14 NOYABR
117

“STAR”da yerüstü boruların 87%-i montaj olunub

2017-11-14 10:43:00

 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan "STAR" neft emalı zavodunun yerüstü borularının 87%-nin montaj işləri yekunlaşıb.

Fins.az xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş" “Twitter” səhifəsində məlumat yayıb.

“STAR” zavodunun üst borularının ümumi çəkisi 55 min tondur. Montaj işləri nəhəng kranlardan istifadə olunaraq həyata keçirilir.

Qeyd edək ki, "STAR" neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Zavod istifadəyə verildikdən sonra ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq.

“STAR Rafineri A.Ş”-nin baş direktoru Mesut İlter ötən həftə bildirib ki, bu ilin sonuna "STAR"da inşaat işlərinin 97,5%-i tamamlanacaq.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291