SƏNAYE

“Azərenerji” oktyabrda 1,733 milyard kilovat-saat elektrik enerjisi istehsal edib
03 NOYABR
111

“Azərenerji” oktyabrda 1,733 milyard kilovat-saat elektrik enerjisi istehsal edib

2017-11-03 08:00:00

2017-ci ilin oktyabr ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,733 milyard kilovat-saat olub. 2016-cı ilin oktyabr ayında bu rəqəm 1,846 milyard kilovat-saat təşkil edib.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən bildirilib ki, ASC oktyabr ayında istehlakçıları tələbatlarına uyğun olaraq, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edib.

Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. O cümlədən Strateji Yol Xəritəsi çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən tədbirlər davam etdirilib.

Ötən ay ərzində texniki tələblərə uyğun itkilər qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291