SƏNAYE

SOCAR barədə pis xəbər
02 NOYABR
799

SOCAR barədə pis xəbər

2017-11-02 16:50:00

"Standard & Poors" (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini "BB" səviyyəsindən "BB-" səviyyəsinədək azaldıb.

Təşkilatın yaydığı məlumata görə, reytinq üzrə proqnoz stabildir 

S&P SOCAR-ın uzunmüddətli korporativ kredit reytinqini "CreditWatch Negative" siyahısından çıxarıb.

"Reytinqin aşağı salınmasına səbəb odur ki, fikrimizcə, SOCAR-ın yüksək və artan borclanmasından irəli gələn risklərin kompensasiyası üçün dövlət dəstəyi kifayət qədər olmaya bilər. Bundan başqa, SOCAR-ın yüksək əsaslı xərclərı, aqressiv maliyyə siyasəti də qərarımıza təsir edib", - deyə məlumatda vurğulanıb. 

Bununla yanaşı, S&P qeyd edir ki, SOCAR dövlətin neft-qaz sektorunda əsas aktivi olduğu üçün zərurət yarandığı halda hökumət dövlət şirkətinə lazımi dəstəyi verəcək. 

S&P SOCAR-ın Azəri-Çıraq-Günəşli layihəsində payının 11,6%-dən 25%-dək artırılmasını şirkətə verilən davamlı dəstəyin bariz nümunəsi kimi dəyərləndirir.

Bundan başqa, agentlik qeyd edir ki, ölkənin bank sektorunun zəifləməsi SOCAR-a da neqativ təsir edib. Buna baxmayaraq, S&P iddia edir ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xarici öhdəliklərinin restrukturizasiyasının SOCAR-a təsiri məhduddur.

SOCAR-ın xarici öhdəliklərinin kifayət qədər böyü hissəsinin ABŞ dollarında ifadə olunmasına diqqət çəkən S&P bildirir ki, bu, dövlət şirkətini valyuta risklərinə məruz qoyur.

Buna baxmayaraq, S&P vurğulayır ki, SOCAR-ın likvidliyi idarəolunan səviyyədədir. 

S&P hesab edir ki, yaxın 2 il ərzində SOCAR-ın reytinqinin yüksəlməsi sual altındadır. Bunun əsas səbəbi kimi şirkətin öhdəliklərinin yüksək olması göstərilir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291