SƏNAYE

Qeyri-neft sektoru üzrə nə qədər məhsul ixrac etmişik? – STATİSTİKA
23 OKTYABR
213

Qeyri-neft sektoru üzrə nə qədər məhsul ixrac etmişik? – STATİSTİKA

2017-10-23 10:05:00

Cari ilin yanvar-avqust aylarında 963,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, 2016-cı ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə isə 27,4 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, 2017-ci ilin yanvar-avqust aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 86,3 faiz, təzə meyvə – 34,6 faiz, kartof – 50,7 faiz, tütün – 92,1 faiz, bitki yağları – 14,2 faiz, çay – 53,8 faiz, meyvə və tərəvəz şirələri – 75,8 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 73,5 faiz, pambıq lifi – 6,3 dəfə artıb, şəkər ixracı 34,4 faiz, marqarin, polietilen – 0,4 faiz, pambıq ipliyi – 34,1 faiz azalıb.

2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin 8 ayında bitki yağları idxalı 2,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,8 faiz, təzə meyvə – 8,6 faiz, çay – 1,6 faiz, quş əti və onun əlavə məhsulları – 55,2 faiz, mal əti – 2,2 dəfə, minik avtomobilləri – 63,5 faiz, mebel – 2,4 dəfə, mineral gübrələr – 2,9 dəfə, məişət kondisionerləri – 25,0 faiz, paltaryuyan maşınlar – 77,8 faiz, yük avtomobilləri – 76,3 faiz, avtobuslar – 2,5 dəfə artıb, buğda idxalı 36,2 faiz, xam şəkər və şəkər – 8,7 faiz, kartof – 5,2 faiz, təzə tərəvəz – 44,7 faiz, məişət soyuducuları – 28,0 faiz azalıb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287