SƏNAYE

Azərbaycan Dövlət Neft Fondunun xərcləri azaldılır
20 OKTYABR
134

Azərbaycan Dövlət Neft Fondunun xərcləri azaldılır

2017-10-20 14:50:00

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il üçün büdcəsinin gəlirləri 10 676,4 mln. manat həcmində nəzərdə tutulur. Bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 137,5 mln. manat və ya 1,3% azdır.

Fins.az bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Qeyd olunan məbləğin 9 723,8 mln. manatı və ya 91,1%-ni mənfəət neftinin və qazın satışından daxilolmaların təşkil edəcəyi gözlənilir.

Fondun 2018-ci il üçün büdcəsinin xərcləri 11 986,5 mln. manat təşkil edəcək ki, bu da 2017-ci illə müqayisədə 3 223,9 mln. manat və ya 21,2% azdır.

ARDNF-in xərclərinin 9 216,0 mln. manatı və ya 76,9%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 2 754,3 mln. manatı və ya 23%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, bir sıra enerji layihələrində Azərbaycanın iştirak payı), 16,2 mln. manatı 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramlarının maliyyələşirilməsinə yönəldiləcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287