SƏNAYE

Bakı-Ceyhan kəmərinə bu il xərclənən məbləğ açıqlandı
17 AVQUST
197

Bakı-Ceyhan kəmərinə bu il xərclənən məbləğ açıqlandı

2017-08-17 19:37:00

Bu ilin yanvar-iyun ayları ərzində “BTC Co.” şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsi üzrə 74 mln. ABŞ dolları xərcləyib.

Fins.az “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, əməliyyat xərclərinin məbləği təqribən 64 mln. dollar, əsaslı xərclərin isə 10 mln. dollar təşkil edib.

2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci il iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 365 mln. ton (təxminən 2,74 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3 584 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Birinci yarımil ərzində isə BTC vasitəsilə təqribən 17 mln. ton (125 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 159 tankerə yüklənib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293