SƏNAYE

“John Deere” şirkəti Aqrar Universitetdə mühəndislər üçün təlimlərə başlayıb
03 AVQUST
128

“John Deere” şirkəti Aqrar Universitetdə mühəndislər üçün təlimlərə başlayıb

2017-08-03 12:46:00

“John Deere” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) mühəndislər üçün təlimlərə başlanılıb.

Aqrar Universitetdən bildirilib ki, təlimin məqsədi ölkəyə gətirilən “John Deere” pambıqyığan maşınlarının texniki göstəricilərinin və istifadə qaydalarının öyrənilməsi, bununla da növbəti pambıq yığımı mövsümündə müəllim və tələbələrin birbaşa iştirakının təmin edilməsi, tədris proqramlarında dəyişiklik edilərək yeni mövzuların əlavə olunmasıdır.

Təlimi aparmaq üçün dəvət olunmuş şirkətin ABŞ-dan olan mütəxəssisi Lary Yanq çıxış edərək bildirib ki, əmək bazarında rəqabətədavamlı mütəxəssislərin hazırlanması üçün Aqrar Universitetdə lazımi şərait yaradılıb. Ona görə də “John Deere” şirkəti ilə əməkdaşlıq qısa müddət ərzində müsbət nəticə verəcək.

Xatırladaq ki, iyulun 27-də “John Deere” şirkətinin regional nümayəndəsi Maksimilian Pauci Aqrar Universitetdə səfərdə olub. Səfərin məqsədi şirkətin fəaliyyəti üçün ADAU-da xüsusi otaq ayrılmasını, servis xidmətinin yaradılmasını, texnika üçün kadr hazırlığı və kadrların şirkətdə təcrübə keçməsi məsələlərini müzakirə etmək olub.

© Azərtac

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287