SƏNAYE

Azərbaycanda 6 ayda istehsal olunan dizel yanacağının – HƏCMİ AÇIQLANDI
02 AVQUST
283

Azərbaycanda 6 ayda istehsal olunan dizel yanacağının – HƏCMİ AÇIQLANDI

2017-08-02 16:06:00

Bu ilin ilk yarısında Azərbaycanda 958,7 min ton dizel yanacağı, 618,3 min ton avtomobil benzini, 101,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 297,5 min ton ağ neft, 241,3 min ton yanacaq mazutu, 12,9 min ton sürtkü yağları, 77,3 min ton neft bitumu və 106,4 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindənverilən məlumata görə, yanvar-iyun aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 330,4 milyon manat olmaqla əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 7,3 faiz azalıb.

Neft məhsullarından ağ neftin istehsalı 7,7 faiz, yanacaq mazutunun istehsalı 38 faiz, dizel yanacağının istehsalı 16,4 faiz azalıb. Avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296