SƏNAYE

"Azneft"in hasil etdiyi neft və qazın həcmi - AÇIQLANDI
13 İYUN
221

"Azneft"in hasil etdiyi neft və qazın həcmi - AÇIQLANDI

2017-06-13 10:48:00

Bu ilin yanvar-may ayları ərzində SOCAR-ın “Azneft” İstehsalat Birliyi üzrə 2 mln. 567,9 min ton neft və 2 mlrd. 132,1 mln. kubmetr qaz hasil edilib.

“Azneft”dən verilən məlumata görə, yataqların tammiqyaslı  istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Həyata keçirilmiş qazma işləri nəticəsində, ilin ilk 5 ayı ərzində “Azneft”-in sifarişi əsasında 20 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 21468 ton neft hasil edilib.

Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 267 geoloji tədbir keçirilib, nəticədə 72015 ton neft hasil edilib ki, bu da plana qarşı 45 tədbir çox və 29075 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 17086 ton plana qarşı 21619 ton neft hasil edilib.

Ötən beş ayda fəaliyyətsiz quyu fondundan 25 quyu nəzərdə tutulduğu halda, 49 quyu istismara qaytarılmışdır. Bu quyulardan isə 14991 ton əlavə neft alınıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287