SƏNAYE

Azərbaycanda benzinin qiyməti bahalaşdı – FOTO
01 FEVRAL 2017
1056

Azərbaycanda benzinin qiyməti bahalaşdı – FOTO

2017-02-01 09:25:00
Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.
Fins.az-ın xəbərinə görə, artıq yanacaqdoldurma məntəqələrində "AI-95 Premium" və “Aİ-98 Super” markalı benzinin  yeni qiymətləri tablolara vurulub.
Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və “Super Aİ-98”  markalı benzinin isə 1,20 AZN müəyyənləşib.  
Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.
Qiymət artımı Azərbaycanda istehsal olunan “AI-92” markalı benzin  və “L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.  
Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt “Aİ-95 Premium” markalı benzin 1,05 AZN, “Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi.  
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256