SƏNAYE

Aparıcı neft şirkətlərinin borcu 2 dəfə artıb
27 YANVAR 2017
380

Aparıcı neft şirkətlərinin borcu 2 dəfə artıb

2017-01-27 14:44:00

Dünyanın ən böyük 5 neft şirkəti olan "Chevron", "ExxonMobil", "Royal Dutch Shell", BP və "Total"ın məcmu borcu neftin qiymətinin düşməyə başladığı 2014-cü ildən indiyədək 2 dəfədən çox artaraq 220 mlrd. ABŞ dollarına çatıb. 

Fins.az-ın verdiyi xəbərə görə, bu məlumat ABŞ-ın "Jefferies İnternational" investisiya bankının hesabatında əks olunub. Bankın analitiklərinin fikrincə, borcun həcmi tezliklə azalmağa başlaya bilər. Belə ki, neftin qiymətinin 50 dollar/barelə yüksəlməsi şirkətlərin büdcələrini balanslaşdırmasına, əlavə borc almamasına səbəb olacaq.

Bankın hesabatına görə, neft qiymətlərinin 2014-cü ilə qədər 100 dollar/bareldən baha satıldığı dövrdə 5 şirkətin əməliyyat gəlirləri 180 mlrd. dollara yüksəlib. Lakin 2016-cı ildə bu göstərici 83 mlrd. dollar təşkil edib. Hazırda isə adı çəkilən şirkətlərin xərclərini azaltması və neft qiymətlərinin yüksəlməsi onların əməliyyat gəlirlərini 2017-ci ildə 142 mlrd. dollar, gələn il isə 176 mlrd. dollara çatmasına gətirib çıxara bilər. Buna səbəb, şirkətlərin işçilərini ixtisar edərək, daha münasib şərtlərlə müqavilələr imzalayaraq xərclərini azaltması olub.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300