SƏNAYE

Avropa İttifaqı idarəetmə ilə bağlı Azərbaycana yardım edəcək
24 NOYABR
153

Avropa İttifaqı idarəetmə ilə bağlı Azərbaycana yardım edəcək

2016-11-24 16:47:00

Noyabrın 24-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM), Avropa İttifaqı (AI), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və SİGMA-nın birgə təşkilatçılığı ilə “Dövlət İdarəetmə Prinsipləri: Beynəlxalq təcrübə və inkişaf perspektivləri“ mövzusunda konfrans keçirilib.

Fins.az xəbər verir ki, Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov Azərbaycanda  qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində ciddi işlər görülüb. Bildirib ki, beynəlxalq qurumlarla əməkdaşlıq və təcrübə mübadiləsi fəaliyyətin səmərəliliyini artırır. 

SİGMA-nın rəhbəri xanım Karen Hill isə  deyib ki, tədbirin məqsədi Azərbaycanın iqtisadi və sosial inkişafı üçün səmərəli, məsuliyyətli, effektiv və şəffaf dövlət idarəçiliyinin həyata keçirilməsinin mühümlüyünü çatdırmaqdır. K.Hill  dövlətin maliyyə vəsaitindən  səmərəli şəkildə istifadəni, iqtisadi və sosial sahələrdə nailiyyətlərin əldə olunması üçün yaxşı idarəetmənin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. 

“Hər bir ölkədə olduğu kimi şübhəsiz ki, Azərbaycanda da dövlət idarəçiliyinin daha yaxşı fəaliyyət göstərməsi üçün potensial vardır. Bu məqsədə nail olmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər qurumların müvafiq şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq, o cümlədən iqtisadi və sosial islahatlar üçün zəruri əlavə dəstək rolunu oynamaqla uğurlu fəaliyyətə zəmin yaradacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə milli iqtisadiyyatın inkişafı istiqamətində sistemli islahatlar həyata keçirilir. Onun fikrincə, beynəlxalq qurumlar da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. 

Konfransda Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, eləcə də nazirliklərin və universitetlərin,  QHT-lərin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275