SƏNAYE

Rusiyanın "Türk axını" və bizə təsirlər
11 OKTYABR
306

Rusiyanın "Türk axını" və bizə təsirlər

2016-10-11 12:32:00

"Türk axını" layihəsinin Cənub Qaz Dəhlizi layihəsinə birbaşa hansısa təsirini qabartmaq düzgün olmazdı". Fins.az-ın məlumatına əsasən bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dünən baş tutan "Türk axını" ilə bağlı Türkiyə və Rusiya arasında imzalanmış hökumətlərarası sazişi şərh edərkən söyləyib.

"Sazişə əsasən 2 boru kəmərinin tikintisi nəzərdə tutulur. Bunlardan biri - 15,75 mlrd m3-luq Türkiyə bazarına, digəri isə Türkiyə üzərindən keçməklə Avropaya istiqamət götürməlidir. İkinci boru kəməri üzrə bir çox detallar sənəddə öz əksini tapmayıb. Əgər birinci boru kəməri üzrə bildirilirsə ki, quru hissəninin sahibi türk şirkətidir, ikinci haqda hələ ortaq fikir yoxdur". 

İ.Şabanın dediklərinə görə, Rusiya tərəfi hansısa birgə şirkətin və ya əməliyyat şirkətinin yaradılacağını istisna edirlər. 

"İkinci boru kəməri yalnız o zaman reallaşa bilər ki, Rusiya Avropa Komissiyası ilə tam razılığa gəlsin. Bu isə Ukraynadan tranzit, Şimal Axını-2 kimi layihələrin müzakirəsindən keçir. Yəni konsensus necə əldə edilməsi Türkiyə üzərindən keçəcək borunun taleyində əks olunacaq. Ona görə də "Türk axını" layihəsinin Cənub Qaz Dəhlizi layihəsinə birbaşa hansısa təsirini qabartmaq düzgün olmazdı". 

Ekspertin rəyinə görə, Türkiyə bazarına "Türk axını" ilə faktiki olaraq 2020-ci ildə hazırda Transbalkan boru xətti ilə nəql edilən rus qazından 1,5-2 milyard kub metr çox qazın artması planlaşdırırlır: "Bu elə də böyük həcm deyil, ancaq bir faktoru nəzərə almaq lazımdır ki, Rusiya qazının qiyməti Azərbaycan qazının həm regiondakı, həm də xarici bazarlardakı qiymətinin formalaşmasına ciddi təsir edən amillərdən biridir. Rusiyanı Qərb zaman-zaman dempinq siyasəti yürütməkdə, qazdan bir siyasi alət kimi istifadədə günahlandırır. Bunun bariz nümunəsi kimi Karnegi Fondunun son araşdırmasını göstərmək olar". 

İqtisadçı qeyd etdi ki, Gazprom şirkəti 2016-cı ildə ABŞ-ın Avropa bazarına maye qaz ixracını əngəlləmək üçün artıq özünün boru kəməri ilə satdığı qazın qiymətini Qərbi Avropa ölkələri üçün kəskin ucuzlaşdırıb: "Məsələn, cari ilin avqustunda Almaniyada qazın hər 1000 kub metrini $150-dan satıb. Yəni Rusiya bazarlar uğrunda mübarizədə özünün imkanlarını nəzərə alsaq bəzən müəyyən zaman çərçivəsində hətta maya dəyərindən aşağı belə qaz satmağa gedir. Belə riskli faktorları Xəzər hövzəsindən 3500 km uzaqlıqda yerləşən bazarlara qaz çıxaran şirkətlər daim nəzərə almalıdırlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272