SƏNAYE

“SOCAR Turkey” “Petkim PetroKimya”daki səhmlərini satıb
10 OKTYABR
330

“SOCAR Turkey” “Petkim PetroKimya”daki səhmlərini satıb

2016-10-10 14:41:00

“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) “Petkim PetroKimya Holding A.Ş.”dəki səhmlərinin 1,67 faizini satıb.

Bu barədə “STEAŞ”ın Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir.

Qeyd edilir ki, STEAŞ əsas payçısı olan “Petkim”dəki səhmlərinin ticarət qiyməti 4,57 türk lirəsi və qiymətli kağızlarının sayı 25 milyon ədəd olmaqla satış əməliyyatı reallaşdırılıb. Bu əməliyyatdan sonra “STEAŞ”ın “Petkim”dəki səhmləri 56,32 faizdən 54,65 faizə enib.

Qeyd edək ki, SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275