SƏNAYE

Azərbaycan avtomobilləri satışa nə vaxt çıxacaq? – AÇIQLAMA
23 SENTYABR
621

Azərbaycan avtomobilləri satışa nə vaxt çıxacaq? – AÇIQLAMA

2016-09-23 14:48:00

Azərbaycan ilə İranın Neftçalada inşa edəcəkləri birgə avtomobil zavodunun istehsalı olacaq ilk avtomobil 2017-ci ilin mayında satışa çıxarılacaq.

Bu barədə yerli mətbuata məlumat verən İranın sənaye nazirinin müavini Cəfər Sərcani qeyd edib ki, ilkin mərhələdə zavodda istehsal olunacaq avtomobil İrandan gətirilən hissələrdən yığılacaq. İkinci mərhələdə isə Neftçalada ehtiyat hissələrinin istehsalına başlanacaq və avtomobil tam olaraq Azərbaycanda hazırlanaraq satışa çıxarılacaq.

Nazir müavini deyib ki, 15 milyon dollar dəyərində olan bu layihəni Azərbaycanın “AzEuroCar LLC” şirkəti ilə İranın “Khodro” şirkəti həyata keçirəcəklər. Zavodun inşası üçün Neftçalada 10 hektar ərazi ayrılıb və tikinti işləri sürətlə davam edir.

Zavodda hər il 10 min avtomobilin istehsalı nəzərdə tutulub.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275