SƏNAYE

SOCARdan sabiq işçilərinin həbsinə – MÜNASİBƏT
16 AVQUST
488

SOCARdan sabiq işçilərinin həbsinə – MÜNASİBƏT

2016-08-16 16:15:00

SOCAR "Petkim Petrokimya Holding A.Ş.”-nin sabiq rəhbəri və aralarında azərbaycanlıların da olduğu daha 12 nəfərin həbsinə münasibət bildirib:

““Petkim”-in sabiq əməkdaşları Saadettin Korkut, İlqar Mehmetoğlu, Yasin Atak və digərlərinin həbs olunması ilə əlaqədar bildiririk ki,Türkiyənin enerji və təbii sərvətlər naziri cənab Berat Albayrakın da vurğuladığı kimi, bu məsələlərin “Petkim”in və ümumiyyətlə SOCAR-ın Türkiyədəki fəaliyyətləri ilə heç bir bağlılığı yoxdur. Bu, Türkiyənin müvafiq orqanları tərəfindən həyata keçirilən hüquqi prosedurdur. SOCAR dəfələrlə bəyan etdiyi kimi, Türkiyə dövlət orqanlarının həyata keçirdiyi bu prosedurları tam dəstəkləyir", - deyə SOCAR-dan “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.

SOCAR-dan onu da bildiriblər ki, “Petkim” və SOCAR-ın Türkiyədəki digər müəssisələri fəaliyyətlərini normal şəkildə davam etdirir, bütün layihələr üzrə işlər qrafikə uyğun həyata keçirilir. 

Qeyd edək ki, iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə hərbi çevriliş cəhdindən sonra aparılan istintaq çərçivəsində “Petkim Petrokimya Holding A.Ş.”-nın saxlanılan 25 əməkdaşından 13-ü haqqında həbs qərarı verilib, 12-i isə ölkədən çıxmamaq şərti ilə azadlığa buraxılıb. 

Haqqında həbs qərarı verilən 13 nəfər FETÖ-yə üzv olmaqda ittiham edilir. 

Həbs edilənlər arasında “Petkim Petrokimya Holding A.Ş.”-nin sabiq baş icraçı direktoru  Saadettin Korkutla bərabər, “SOCAR Türkiye”-nin baş direktorunun müavini, Azərbaycan əsilli İlqar Mehmetoğlu, “Petkim Petrokimya Holding A.Ş.”-nin İctimaiyyətlə əlaqələr müdiri Memduh Taşlıcalı, İnsan resursları şöbəsinin müdiri, Azərbaycan əsilli Rakif Fərəcov, Satınalma işləri şöbəsinin meneceri Selim Bal, Satış şöbəsinin meneceri İbrahim Aydın, şirkətdə himmət pullarını toplamaqda şübhəli bilinən “Petkim”-in "imam"ı Yasin Atak və “ES İnşaat” ortağı Şenol Demirbaş da var.

S. Korkut iyulun 27-də tutduğu vəzifədən azad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272