SƏNAYE

SOCAR ABŞ-da ofis açır
16 İYUN
276

SOCAR ABŞ-da ofis açır

2016-06-16 08:44:00

"SOCAR Trading" şirkəti Şimali Amerikada fəaliyyətini genişləndirmək niyyətindədir. Kanadanın Kalqari şəhərindəbu yaxınlarda ofis açan şirkət ABŞ-ın Hyuston şəhərində ofis açmaq istəyir.

"Reuters" xəbər verir ki, bunu "SOCAR Trading" şirkətinin icraçı direktoru Arzu Əzimov deyib.

Kalqaridəki ofisdə 15 nəfər əməkdaş çalışır. Burada yerli Kanada xam nefti, təbii qaz və maliyyə törəmələri ilə ticarət aparılır. Ticarət əməliyyatlarının rəhbərliyinə "PetroChina" və BP-nin keçmiş icraçısı Qari Pon gətirilib. 

A.Əzimov SOCAR-ın xaricdəki bəzi nümayəndəliklərinin bağlanması məsələsinə də münasibət bildirib. İcraçı direktor deyib ki, bu qənaət proqramının bir hissəsi idi və "SOCAR Trading"ə aid deyil. Onun sözlərinə görə, bazardakı volatillik ticarət qoluna yardım edib.

A.Əzimov ilin sonuna kimi xam neftin bir barelinin qiymətinin 60 dollara çatacağını təxmin etdiyini, lakin arada 40 dollara düşəcəyini də istisna etmədiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271