SƏNAYE

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat
10 İYUN
749

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

2016-06-10 16:23:00

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Fins.az-ın "Report"-a istinadən məlumata görə, Nazirliyin texniki siyasət şöbəsinin müdir müavini vəzifəsini müvəqqəti icra edən Köçəri İmanov həmin şöbəyə müdir təyin edilib.

Bununla bağlı kənd təsərrüfatı naziri Heydər Əsədov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, K.İmanovdan öncə bu vəzifəni Rəşid Səfərov icra edirdi. O, ötən il təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə vəzifəsinin icrasını dayandırıb və təqaüdə çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274