SƏNAYE

Moskvadan Bakıya "görüş" zəngi
13 APREL
324

Moskvadan Bakıya "görüş" zəngi

2016-04-13 17:55:00

Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak 17 aprel 2016-cı il tarixində Qətərin paytaxtı Dohada keçiriləcək Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin toplantısından əvvəl görüşmək məqsədilə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevə zəng edib.

A.Novak dünya bazarında neftin qiymətinə dəstək məqsədilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair səslənən təklifi və toplantı zamanı qəbul ediləcək qərarla bağlı Azərbaycan və Rusiyanın mövqeyinin öyrənilməsi məqsədilə məsləhətləşmələrin vacibliyini qeyd edərək, belə bir görüşün keçirilməsini xahiş edib.

Qeyd edək ki, neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan kimi milli iqtisadiyyatında neft həlledici rol oynayan Rusiyanın da maraqlarına uyğun deyil. Odur ki, neft hasilatçıları Doha görüşündən vəziyyətin müsbətə doğru dəyişməsinə təkan verəcək qərar gözləyirlər.

Azərbaycanı neft hasilatçılarının görüşündə energetika naziri Natiq Əliyev təmsil edəcək. Son məlumatlara görə, OPEC-in iclasına, ümumilikdə, 18 ölkə qatılacaq. Qazaxıstan daxil olmaqla 6 ölkə dəvəti təsdiqləməyib. Norveç və Liviya isə toplantıya qatılmaqdan imtina edib.

Xatırladaq ki, növbəti iclas 16 fevral 2016-cı il tarixində Doha şəhərində Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela Bolivar Respublikası arasında baş tutmuş görüşün davamı olaraq keçirilir. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürmüş və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırmışdılar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275