TENDER

15 Fevral

Karton qutuların satın alınması - TENDER

“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti karton qutuların satın alınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 180 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 0300071711
Satınalan təşkilatın ünvanı: Kəngərli rayon Böyükdüz kəndi, Duzdağ Mədən ərazisi.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az