SOSİUM

26 Yanvar

Vətən müharibəsinin 11 iştirakçısına əlillik dərəcəsi təyin olunub

“Bu günə qədər Vətən müharibəsində şəhid olanların 23-nin ailəsinə birdəfəlik ödənişlər edilib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov "Yeni TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, digərlərinin vərəsəlik şəhadətnamələri açılıb: “Mərhələli şəkildə onların da ailəsinə ödənişlər ediləcək. Bundan başqa, 11 hərbçimizə əlillik dərəcəsi müəyyən edilib. 80 faiz yaralı hərbçinin ailəsi ziyarət edilib. Onların sosial dəstəklə əhatə olunması üçün işlər bəllidir”.