SOSİUM

06 Mart

Yol tikintisinin ətraf mühitə təsirinə dair hesabat hazırlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun (M5) yenidənqurma layihəsinin ətraf mühitə təsirinə dair aparılan monitorinqlə bağlı hesabat hazırlayıb.

Fins.az xəbər verir ki, Asiya İnkişaf Bankı (ADB) üçün hazırlanmış hesabat 2019-cu ilin 1 iyul – 31 dekabr müddətini əhatə edir.

Sənəddə həmçinin Ətraf Mühiti İdarəetmə Planı (EMP), Konkret Ərazidə Ətraf Mühiti İdarəetmə Planı (SSEMP), mövcud qanunlara və ADB-nin təhlükəsizlik siyasəti qaydalarına uyğun gələn başqa sənədlərin həyata keçirilməsi nəzərdə tutulur.

Yenidənqurma işləri görüləcək yol iki hissədən ibarətdir. Birinci hissə Xaldan qəsəbəsində M4 yolu üzərindəki yol kəsişməsindən Şəki dairəvi yolla kəsişməyədək 46,5 kilometrə yaxın ikinci texniki dərəcəyə aid, ikncisi isə həmin yerdən Şəki şəhərinin girişindəki yol qovşağınadək 11 kilometrə yaxın (R57) üçüncü dərəcəyə aid olmalıdr.

Yoldakı yenidənqurma işləri nəticəsində Şəki şəhərinə nəqliyyat hərəkətinin və turist axınının artacağı güman edilir. Hazırda tikinti işləri “AzVirt” və “Kolin A.İn” şirkətlərilə imzalanmış müqavilələr çərçivəsində aparılır.

© Report