BANK

01 May

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir.

Fins.az  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, hal hazırda pul siyasətimizi yumşalma, neytrallaşdırma istiqamətində planlaşdırırıq.

"Qlobal və xarici iqtisadiyyatlatda kəskin dəyişmələr olmasa, faiz dəhlizinin parametrlərinin dəyişməsinin saxlanmasını nəzərdə tuturuq" - deyə Taleh Kazımov əlavə edib.