BİZNES

01 May

Qırğızıstana məhsul ixracında ciddi artım var

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 3,8 dəfə və ya 17,3 milyon ABŞ dolları artaraq 23,3 milyon dolları üstələyib.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə Azərbaycandan Qırğızıstana 20,8 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən 4,9 dəfə və ya 16,58 milyon dollar çoxdur.

Qırğızıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 42,9 faiz və ya 769,9 min dollar artaraq 2,56 milyon dollar təşkil edib.